Böyük Britaniya hökuməti hava hücumundan müdafiə sahəsində Ukraynaya yeni hərbi yardımın göndərəcəyini açıqlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ekspedisiya Qüvvələrinin müdafiə nazirlərinin görüşündə məlumat verilib.
Məlumata görə, Britaniya Ukrayna üçün beynəlxalq fond vasitəsilə yaxın aylarda 92 milyon funt-sterlinq (115 milyon ABŞ dollarından çox) dəyərində silahların alınacağını açıqlayıb.
Rəsmilərin sözlərinə görə, Ukraynanın alacağı silahlar cəbhə xəttində mühüm milli infrastrukturu, mülki insanları və şəxsi heyəti qorumaq imkanlarını artıracaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:30 / 14.06.2023
Britaniya Ukraynaya hərbi yardım GÖNDƏRƏCƏK
Hazırda oxunan: Britaniya Ukraynaya hərbi yardım GÖNDƏRƏCƏK
Hazırda oxunan: Britaniya Ukraynaya hərbi yardım GÖNDƏRƏCƏK
141346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.