Lukaşenko: Rusiyadan Xirosima və Naqasakidə istifadə edilənlərdən daha güclü bombalar almışıq - VİDEO 

Lukaşenko: Rusiyadan Xirosima və Naqasakidə istifadə edilənlərdən daha güclü bombalar almışıq - VİDEO 

Hazırda oxunan: Lukaşenko: Rusiyadan Xirosima və Naqasakidə istifadə edilənlərdən daha güclü bombalar almışıq - VİDEO 

141329

“Belarus Rusiya Federasiyasından Xirosima və Naqasakidə istifadə olunanlardan üç dəfə güclü raket və bombalar alıb”.  

Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossia 1” telekanalının aparıcısı Olqa Skabayevaya müsahibəsi zamanı bildirib. 

“Bizim raket və bombalarımız var. Bomba Xirosima və Naqasakidən üç dəfə güclüdür. Orada baş verən hadisələrdə 80 mindən çox insan bir anda, 250 mini isə bir zərbədən ölürdü Bizə verilə bomba isə üç qat daha güclüdür”, - dedi. 
Lukaşenko əlavə edib ki, Rusiya ilə nüvə silahının istifadəsi ilə bağlı razılığa gəlmək üçün ölkə rəhbəri Vladimir Putinlə bir telefon zəngi bəs edəcək. 

Onun sözlərinə görə, taktiki nüvə silahları bütün ölkəyə səpələnəcək və bir yerdə saxlanmayacaq. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO