ABŞ kəşfiyyatı: Ukraynada 8 rus generalı həlak olub

ABŞ kəşfiyyatı: Ukraynada 8 rus generalı həlak olub

Hazırda oxunan: ABŞ kəşfiyyatı: Ukraynada 8 rus generalı həlak olub

141209

"Ruslara məxsus Teleqram kanalları iyunun 12-də Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiyanın 35-ci birləşmiş silahlı ordusunun baş qərargah rəisi, general-mayor Sergey Qoryaçevin raket hücumu zamanı  öldürüldüyünü yazıb. İşğalın əvvəlində Qoryaçev 5-ci tank briqadasının komandiri olub və müharibə zamanı ordunun qərargah rəisi vəzifəsinə qədər qalxıb".

Bizim.Media xəbər verir ki, bu barədə "The Moscow Times" yazıb.

“Mediazon” internet resursu iyunun əvvəlində dörd rus generalının, 58 polkovnikin, 176 polkovnik-leytenantın ölümü barədə informasiya yayıb.

Nəşr ölən generalların adlarını da çəkib: general-mayor Kanamat Botaşev (təqaüddə olub, ehtimal ki, "Vaqner" özəl hərbi təşkilatda döyüşüb), qondarma "DXR"-in ("Donetsk Xalq Respublikası") 1-ci ordu korpusunun komandiri, general-mayor Roman Kutuzov, Mərkəzi Hərbi Dairəsində 41-ci Əlahiddə Ümumqoşun Ordusu komandirinin müavini, general-mayor Andrey Suxovetski və 8-ci Ordu komandirinin müavini general-mayor Vladimir Frolov.

ABŞ-ın Müdafiə Nazirliyi isə Rusiya ordusunun yüksək komandanlığının itkilərinin iki dəfə çox olduğunu bildirib.

Pentaqonun kəşfiyyat rəhbəri Skott Berriyer mayın 10-da azı 8 rus generalının öldüyünü açıqlayıb.

O, qeyd edib ki, bu, ölən zabitlər üçün yüksək göstəricidir və Əfqanıstanda 20 illik münaqişədə həlak olan amerikalı generalların sayından çoxdur.

Eyni zamanda, hələ ötən ilin avqustunda Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya ordusunun Ukraynada 10 generalının həlak olduğunu bildirmişdi. Yapon kəşfiyyatının 2023-cü ilin fevralına olan məlumatına görə, Ukraynadakı müharibədə 20 rus generalı həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO