Roma papası Fransisk İraqa tarixdə ilk apostol səfərini bazar ertəsi günü başa vurub.
Bizim.Media Yaxın Şərq KİV-lərinə istinadla xəbər verir ki, Bağdad beynəlxalq aeroportunda pontifiki ölkənin ali rəhbərliyinin nümayəndələri və qvardiyaçıların qarovulu yola salıb.
MÖVZU İLƏ BAĞLI:
Roma Papası İraqın Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşdü
Poma papası İraqda olduğu dörd gün ərzində 1,4 min kilometr yol qət edib.
O, martın 5-də Bağdada gəlib, sonrakı günlərdə Mosul və Ərbilə gedib, Nəcəf şəhərində İraq şiələrinin lideri ayətullah Əli əl-Sistani ilə görüşüb.
Papa Fransisk hələ 2019-cu ildə İraqa getmək arzusunu dilə gətirmişdi, lakin pandemiya bu planın həyata keçməsinə mane olmuşdu.
Bizim.Media