Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə səfir "Twitter" hesabında paylaşım edib.
"Azərbaycandakı bütün qadınları bu xüsusi gün münasibətilə təbrik edirəm! Bu gün biz qadınların sosial, iqtisadi və siyasi uğurlarını qeyd edirik.
Həm də bu gün qadın hüquqlarının yaxşılaşdırılması üçün hərəkətə çağırmaq üçün istifadə edirik, çünki hələ görüləsi çox iş var!", - səfir qeyd edib.
Bizim.Media
Azərbaycandakı bütün qadınları bu xüsusi gün münasibətilə təbrik edirəm! Bu gün biz qadınların sosial, iqtisadi və siyasi uğurlarını qeyd edirik. Həm də bu gün qadın hüquqlarının yaxşılaşdırılması üçün hərəkətə çağırmaq üçün istifadə edirik, çünki hələ görüləsi çox iş var! pic.twitter.com/m4zPngccuh
— Pauline Eizema (@Eizema) March 8, 2021