Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) ilə ADA Universiteti tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2023” adlı beynəlxalq təlim bu gün Bakıda öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, beynəlxalq səviyyədə insan kapitalının inkişafı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan proqramda 22 ölkədən (İtaliya, Malta, Yunanıstan, Monteneqro, Serbiya, Rusiya, Polşa, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Hindistan, Tayland, Qana, Kamboca, Kenya, Sierra-Leone, Qayana, Nigeriya, Efiopiya, Timor-Leste, Kuba və Argentina) xarici diplomatlar iştirak edir.
Təlimin iyunun 24-dək davam edəcəyi nəzərdə tutulub.
Proqramın açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə çıxış edərək xarici diplomatların proqram vasitəsilə Cənubi Qafqaz və Xəzər regionu barədə biliklərini artıracağına əminliyini bildirib.
AIDA-nın rəisi Elməddin Mehdiyev Xarici İşlər Nazirliyi adından iştirakçıları salamlayaraq proqramın beynəlxalq əməkdaşlığa verdiyi töhfədən, eləcə də Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində əldə etdiyi uğurlardan danışıb.
ADA Universiteti prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva proqramda tədris olunun mövzular sayəsində iştirakçıların Azərbaycanın tarixi, mədəniyyəti, xarici siyasət kursu və ictimai idarəetməsi barədə məlumatlarını artıracaqlarını vurğulayıb. O, ADA Universiteti və onun İnkişaf və Diplomatiya İnstitutunun fəaliyyəti barədə ətraflı məlumat verib.
Açılış mərasimində qonaq qismində iştirak edən Yunanıstanın ölkəmizdəki səfiri Xristos Kapodistrias, Argentinanın səfiri Marianxeles Belluşi və Kubanın səfiri Karlos Valdes Konsepsion sözügedən proqramın diplomatlar üçün son dərəcə səmərəli olacağını vurğulayaraq proqramın təşkilinə görə təşəkkürlərini ifadə ediblər.
ADA Universitetinin professor-müəllim heyəti, İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları, eləcə də Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumlarından dəvət edilən qonaqlar diplomatlar qarşısında beynəlxalq siyasət, səmərəli diplomatik fəaliyyət, peşəkar bacarıq və qabiliyyətlərin inkişafı, Azərbaycanın xarici siyasət prioritetləri və uğurları, enerji diplomatiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına Azərbaycanın töhfələri kimi mövzularla yanaşı ölkəmizin tarixi, milli mənsubiyyəti, turizm potensialı və beynəlxalq müstəvidəki rolu, rəqəmsal innovasiya və ictimai xidmət sahəsindəki uğurları kimi mövzuları əhatə edən məruzələrlə çıxış edəcəklər.
Proqram çərçivəsində həmçinin iştirakçıların bir sıra dövlət qurumlarında tanışlıq görüşləri keçirməsi, eləcə də tarixi-mədəni yerləri ziyarət etməsi planlaşdırlır.
Xatırladaq ki, bu il 6-cısı təşkil olunan proqram 2018-ci ildən etibarən həyata keçirilir. Ötən illərdə 46 ölkədən 74 xarici diplomat proqramda iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:23 / 12.06.2023
Xarici diplomatlar Bakıda ixtisasartırma təlimi keçəcəklər - FOTO
Hazırda oxunan: Xarici diplomatlar Bakıda ixtisasartırma təlimi keçəcəklər - FOTO
Hazırda oxunan: Xarici diplomatlar Bakıda ixtisasartırma təlimi keçəcəklər - FOTO
141104
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.