Avropa komissarından Ukrayna müharibəsi ilə bağlı PROQNOZ

Avropa komissarından Ukrayna müharibəsi ilə bağlı PROQNOZ

Hazırda oxunan: Avropa komissarından Ukrayna müharibəsi ilə bağlı PROQNOZ

141041

Avropa İttifaqı Ukrayna müharibəsinin bir neçə il davam edəcəyinə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bunu daxili bazar məsələləri üzrə Avropa komissarı Terri Breton RMS radiostansiyasının efirində deyib.

“Biz müharibənin uzun müddət davam edəcəyinə hazırlaşırıq. Təəssüf ki, əvvəllər də Avropa ərazisində intensiv hərbi əməliyyatlar bir neçə il davam edib”, - deyə Terri Breton bildirib.

O, həmçinin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiqi imkanlarının hələ tükənmədiyini vurğulayıb:

“Əlbəttə, Rusiyaya qarşı digər sanksiyaların da tətbiqi mümkündür. Lakin heç kim Kiyevin Moskvaya tətbiq olunan məhdudiyyətlər nəticəsində qalib gələcəyini gözləmir. Ukrayna yalnız hərbi yolla qələbə qazanaraq torpaqlarını azad edə bilər”.
Bir müddət öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb ölkələrinin Ukrayna münaqişəsinə hər gün daha çox cəlb olunduğunu qeyd edib. Onun fikrincə, Qərbin Kiyevə hərbi dəstəyi vəziyyəti dəyişməyəcək və yalnız müharibənin vaxtını uzadacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO