Rusiya Ukraynaya aid Leopard tanklarını belə vurdu - VİDEO

Rusiya Ukraynaya aid Leopard tanklarını belə vurdu - VİDEO

Hazırda oxunan: Rusiya Ukraynaya aid Leopard tanklarını belə vurdu - VİDEO

140907

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna aid Leopard tanklarının vurulduğu anların görüntülərini yayıb.

Bizim.Media xəbər verir ki, tanklar Ukrayna ordusunun hücum cəhdi zamanı məhv edilib.

Rusiya prezidenti Putin mövzu ilə bağlı danışaraq son günlər Ukrayna ordusunda itkilərin artdığını açıqlayıb:

“Aydın deyə bilərik ki, Ukrayna hücuma başlayıb. Strateji ehtiyatlardan istifadə etdiyi bunu aydın nümayiş etdirir.

Son 5 gündə qarşıdurmalar intensiv şəkildə davam edir. Əsgərlərimizin cəsarəti və düzgün təşkilatçılığı sayəsində Ukrayna qoşunları məqsədlərinə nail ola bilməyib”. 

Qeyd edək ki, mart ayında Almaniya Müdafiə Nazirliyi “Leopard 2” tipli tankların ilk partiyasının Ukraynaya göndərildiyini açıqlamışdı.

Açıqlamada 18 tankın Ukraynaya çatdırıldığı bildirilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı müharibə bir ildən çoxdur davam edir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO