8 mart kişiləri - Qadınlar günündə doğulan məşhur bəylər

8 mart kişiləri - Qadınlar günündə doğulan məşhur bəylər

Hazırda oxunan: 8 mart kişiləri - Qadınlar günündə doğulan məşhur bəylər

14090

Bir kişinin 8 Mart günü dünyaya gəlməsi uşaqlıq, yeniyetməlik dövründə problem yaratsa da, gənclik və ailə həyatı qurduğu dövrlərində sərf edir. 

Bizim.Media martın 8-i dünyaya gələn məşhur kişilərdən informasiya toplayıb.
 

MÖVZU İLƏ BAĞLI:

8 Mart Beynəlxalq Qadınlar Günüdür


Belə ki, Azərbaycanın görkəmli aktyoru Ağadadaş Qurbanov da 8 Mart günü dünyaya gəlib. 8 martda doğulan digər azərbaycanlı məşhur kişi yazar Məmməd Süleymanovdur.

“Kor ərəbin mahnısı” ilə məşhurluq əldə edən tanınmış xanəndə Məmmədəli Əliyev də 8 Mart günü doğulub. Onunla bağlı maraqlı faktlardan biri də odur ki, xanəndənin həyat yoldaşı da 8 Mart günü anadan olub. Amma sənətkar ad gününü qeyd etməyi sevmirdi.

Sovet teatrının və kinosunun seks simvolu Andrey Mironov əslində martın 7-də dünyaya gəlsə də, valideynləri onun doğum tarixini sənədlərdə 8 mart olaraq yazdırıblar. Sonralar onun haqqında deyirdilər:

“O anası, üç həyat yoldaşı, iki qız övladı və saysız xanım pərəstişkarları üçün bir hədiyyədir”.

Rusiyanın tanınmış aktyorlarından olan Viktor Dobronov da 8 Martda doğulan məşhur kişilərdəndir.

Məşhur amerikalı aktyorlar Nik Zano və Ceyms Van Der Bik də Beynəlxalq Qadınlar Günü dünyaya gələn məşhurlardandır.

Tanınmış İspan aktyoru Fransisko Rabal, Hind aktyoru Fardin Xan, dünya şöhrətli Alman bəstəkarı Emmanuel Bax, XX əsrin məşhur rus yazıçısı İvan Stadnyuk da 8 Mart Beynəlxalq Qadınlar Günü dünyaya gələn məşhur kişilərdəndir.

Odur ki, ilin bu tarixində doğulan kişilərin heç də kompleksə düşməyinə, diskomfort keçirtməsinə lüzum yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO