Kaxovka su anbarı faktiki olaraq yoxa çıxıb.
Bizim.Media xəbər verir ki, anbarın son görüntüləri “Telegram” kanallarında yayılıb.
Sakinlərin sözlərinə görə, suyun səviyyəsi sıfıra enərsə, Kaxovka su anbarının yerində yalnız Dnepr çayının kiçik bir kanalı qalacaq.
Qeyd edək ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.
Bizim.Media