Makron və Rəisi telefonla 90 dəqiqə nə danışdı?

Makron və Rəisi telefonla 90 dəqiqə nə danışdı?

Hazırda oxunan: Makron və Rəisi telefonla 90 dəqiqə nə danışdı?

140808

İran prezidenti İbrahim Rəisi ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.  

Bizim.Media İranın İRNA xəbər agentliyin’ istinadən xəbər verir ki, tərəflər 90 dəqiqə danışıblar. 

İran prezidenti administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib ki, danışıqlar zamanı Makron Parisin Tehranla əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb. 

Prezidentlər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi yollarını da müzakirə ediblər.

Həmsöhbətlər İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO