"Mercedes"in loqosu üzərində qara parça

Hazırda oxunan: "Mercedes"in loqosu üzərində qara parça

140593
İyun ayı Türkiyə üçün ağır keçir. Bir yandan hər zamankı müttəfiqinin onu soyqırımda ittiham etməsi, bir yandan da kürd terrorçularının hücumları. Ancaq Türkiyə liderlərinin və hökumətyönlü jurnalistlərinin əcaib və bəzən hətta təhqiramiz çıxışları vəziyyətin düzəlməsinə xidmət etmir.

Ötən bazar günü Türkiyə prezidenti Recep Tayyip Erdoğan uşaq doğmaqdansa karyeranı seçən qadınları "yarıminsan" adlandırıb. Erdoğan üstəlik işləyən qadınlara öz qadınlıqlarını saxlamaq üçün məsləhət də verib: azı üç uşaq doğmalıdırlar.

Çərşənbə axşamı isə hökumətyönlü "Güneş" qəzeti Almaniyanı İstanbulda baş vermiş bombalı hücumu törətmək üçün terrorçu şəbəkədən istifadə etməkdə günahlandırıb. Bu partlayış zamanı altı polis nəfəri və beş mülki şəxs həyatını itirmişdi.

"Güneş" qəzeti iddia edir ki, Türkiyənin Almaniya parlamentinin qəbul etdiyi məlum qətnaməyə sərt cavabı onu belə bir addım atmağa təhrik edib.

Çərşənbə günü Türkiyənin Xarici İşlər Naziri Mevlut Cavusoglu isə özünün Almaniyaya qarşı yönəlmiş çıxışında iddia edib ki, bu ölkənin azad mətbuatı da əslində azad deyil.

“Almaniyada heç nə təsadüfün ixtiyarına buraxılmayıb. Recep Tayyip Erdoğana qarşı yazılmış qəzet başlıqlarının heç biri təsadüfi deyil. Almaniyada mətbuat azad deyil”x9d, deyə dövlət xəbər agentliyi olan TNT Cavuşoglundan sitat gətirib.

Bu həftə Türkiyədə bir şəhərin meri özünün "Mercedes" markalı maşınında loqonun üzərini qara parça ilə örtüb. Bununla o, Almaniyada parlamentinin qəbul etdiyi məlum qətnaməyə etiraz edib. Bu xəbəri isə Turkish Minute saytı yayıb. Bu sayt martda Erdoğan rejiminin ingilisdilli Today”™s Zaman nəşri üzərində nəzarəti ələ keçirməsindən sonra yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO