İyunun 8-də Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Estoniya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupu ilə onlayn görüşü keçirib.
Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, onlayn görüşdə Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova çıxış edərək iştirakçıları salamlayıb, Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələrin inkişafına önəm verməsindən danışıb. O, bu əlaqələrin dərinləşməsində deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Estoniya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupu rəhbəri Riina Solman bildirib ki, Azərbaycan parlamenti ilə münasibətlərin irəli aparılmasında və əməkdaşlığın dərinləşməsində maraqlıdırlar.
Görüşdə parlamentlərarası əlaqələrimizin mövcud durumu, inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:42 / 09.06.2023
Azərbaycan və Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupları onlayn iclas keçirib
Hazırda oxunan: Azərbaycan və Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupları onlayn iclas keçirib
Hazırda oxunan: Azərbaycan və Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupları onlayn iclas keçirib
140507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.