Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinə işgüzar səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenskinin teleqram kanalında məlumat verilib.
Məlumata görə, Zelenski Xersonda Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılmasının nəticələrinin aradan qaldırılması ilə bağlı iclas keçirib.
Daha sonra o, Xersonda əhalinin su basmış ərazilərdən köçürüldüyü keçidə baş çəkib.
Bizim.Media