Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri SEÇİLDİ 

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri SEÇİLDİ 

Hazırda oxunan: Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri SEÇİLDİ 

140304

Xəbər verdiyimiz kimi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Məclis sədrini müəyyən etmək üçün toplanıb. 

Bizim.Media xəbər verir ki, AK Parti və MHP-nin namizədi olan Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyənin yeni kabinetinin üzvləri parlamentdə AND İÇDİLƏR - FOTO 


Səsvermənin 1-ci turunda millət vəkillərinin 317-si onun lehinə səs verib. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb. 2-ci turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələrə 321 səs ala bilib. 

Üçüncü səsvermədə isə N.Kurtulmuş eyni səslə TBMM sədri seçilib. 

TBMM sədri seçkilərində AK Partiyadan İstanbul Millət vəkili Numan Kurtulmuş, CHP-dən Ankara Millət vəkili Tekin Bingöl, Yaşıl Sol Partiyasından (YSP) Adana Millət vəkili Tülay Hatimoğulları Oruç, İYİ Partiyadan İstanbul Millət vəkili Mustafa Cihan Paçacı, DEVA Partiyasından İstanbul Millət vəkili Mustafa Yeneroğlu və Gələcək Partiyasından Antalya Millət vəkili Serap Yazıcı Özbudun yarışıb. 

Qeyd edək ki, Prezident Ərdoğanın təyin etdiyi yeni kabinet üzvləri də and içib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO