Türkiyənin yeni kabinetinin üzvləri parlamentdə AND İÇDİLƏR - FOTO 

Türkiyənin yeni kabinetinin üzvləri parlamentdə AND İÇDİLƏR - FOTO 

Hazırda oxunan: Türkiyənin yeni kabinetinin üzvləri parlamentdə AND İÇDİLƏR - FOTO 

140288

Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin yeni kabinetinin üzvlərinin andiçmə mərasimi olub. 

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, parlamentin müvəqqəti sədri Dövlət Bağçalı Türkiyənin yeni vitse-prezidenti və nazirlərinə uğurlar diləyib və kabinetin yeni üzvlərini and içmək üçün kürsüyə dəvət edib. 

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, əmək və sosial müdafiə naziri Vedat İşıkxan, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi məsələləri naziri Mehmet Özxaseki, xarici işlər naziri Hakan Fidan, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, gənclik və idman naziri Osman Aşkın Bak, maliyyə və xəzinə naziri Mehmet Şimşək, daxili işlər naziri Əli Yerlikaya, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, milli təhsil naziri Yusuf Təkin, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiyalar naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu 28-ci çağırış parlamentin üzvləri qarşısında and içiblər. 

Xatırladaq ki, ölkənin yeni hökumətinin tərkibi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən iyunun 3-də Ankarada keçirilən andiçmə mərasimindən sonra elan edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO