Papa Fransisk bu gün ümumi audensiyadan sonra bağırsağından əməliyyat olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, cərrahi müdaxilə Aqostino Cemelli Universiteti Xəstəxanasında ümumi anesteziya altında həyata keçiriləcək.
86 yaşlı pontifik üçün sözügedən tibbi prosedur residiv, ağrılı və pisləşən sindromlara səbəb olan yırtığa görə zəruri olub.
Xatırladaq ki, Roma Papası 2021-ci ildə də bağırsağından əməliyyat olunub. Bu il isə respirator infeksiya diaqnozu ilə Romada xəstəxanaya yerləşdirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:22 / 07.06.2023
Roma Papası bu gün əməliyyat OLUNACAQ
Hazırda oxunan: Roma Papası bu gün əməliyyat OLUNACAQ
Hazırda oxunan: Roma Papası bu gün əməliyyat OLUNACAQ
140229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.