Roma papası Fransisk İraqa etdiyi tarixi səfərinin ikinci günündə İbrahim Peyğəmbərin doğulduğu yer olduğuna inanılan qədim Ur şəhərində xristianlar və din xadimləri ilə görüşüb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, Quran oxunduqdan sonra danışan Papa, İraqın terrorizmə görə çox əziyyət çəkdiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Roma Papası İraqın Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşdü
Papa Fransisk İraqın məruz qaldığı müharibələr nəticəsində viran qaldığını xatırladaraq, "Bu ölkədəki müharibə böyük dağıntılara səbəb oldu. Hər kəs bundan əziyyət çəkdi, qadınlar və uşaqlar şiddətə məruz qaldı"
Bütün dinləri terrorizmə qarşı durmağa çağıran Papa, "Babamız Hz.İbrahimin doğulduğu bu torpaqda iman başladı.
Terror və şiddət dindən qaynaqlanmır. Unutmayaq ki, terror dini istiasmar edir. Dindən istifadə edənlərə qarşı çıxmaq bizim əlimizdədir".
Bizim.Media