Ermənistan sosial və demoqrafik problemlərin astanasında

Ermənistan sosial və demoqrafik problemlərin astanasında

Hazırda oxunan: Ermənistan sosial və demoqrafik problemlərin astanasında

1399

Ermənistan müharibə şəraitində tək sosial, iqtisadi yox, həm də  demoqrafik cəhətdən problemlə üzləşməkdədir. İtkilərin çoxluğu və döyüş üçün müxtəlif ölkələrdən muzdlu döyüşçülərin gətirilməsi də buna sübütdur.

Dünya Bankının son məlumatlarına görə, 1990-cı ildən bəri Ermənistanın əhalisi durmadan azalır. Əhali təxminən 2,9 milyon, doğum nisbəti 1,6 səviyyəsindədir ki, bu da normal göstəricidən xeyli aşağıdır və əhali yavaş-yavaş azalır.

BMT-nin  Əhali Fondunun icraçı nümayəndəsi Tsovinar Harutyunyan açıqlamasında Ermənistanın demoqrafik böhran yaşadığını və ölüm nisbətinin doğum səviyyəsini aşacağını bildirmişdi.

Bizim.Media “Civilnet.am”-ın məlumatına istinadən bildirir ki, Ermənistanda ölüm nisbəti dünya üzrə doğum nisbətini üstələyir. Mütəxəsislərin fikrincə, bu nisbət Ermənistanda 1990-cı il doğumlu şəxslərin evlilik yaşına keçidi ilə bağlıdır. Bundan əlavə, 1990-cı il doğumlu insanların 25% -dən çoxunun Ermənistandan köçməsi də bu nisbətə böyük təsir göstərir.



Erməni demoqrafları sözügedən problemin başlıca səbəbini ölkəni tərk edən mühacir vətəndaşlarla əlaqələndirir. Siyasi-iqtisadi vəziyyətin günü-gündən pisləşməsi, yaşayış rifahının enməsi yerli əhalinin xarici ölkələrə mühacirət etməsinə səbəb olur. Təsadüfi deyil ki, Əmək və Sosial İşlər Nazirliyinin demoqrafiya şöbəsinin müdiri Artak Markosyan belə bu faktı təsdiq edərək reproduktiv yaşda olan insanların ölkəni tərk etməsinin Ermənistanda ağır iz qoyduğunu etiraf edib.

Qeyd edək ki, Ermənistanda növbəti əhali siyahıyaalması bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu. Mövcud demoqrafik vəziyyətin xronologiyasından sonra, həmçinin Ermənistanın Azərbaycan ərazisində apardığı şiddətli mübarizədə itkilərini nəzərə alsaq, ölkənin demoqrafik siyasətində müsbət dəyişikliklərin olacağına ümid etmək onlar üçün olduqca çətin olacaq.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO