Bahar Muradova türkiyəli yeni həmkarını TƏBRİK ETDİ 

Bahar Muradova türkiyəli yeni həmkarını TƏBRİK ETDİ 

Hazırda oxunan: Bahar Muradova türkiyəli yeni həmkarını TƏBRİK ETDİ 

139860

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin yeni təyin olunmuş ailə və sosial təminat naziri Mahinur Özdemir Göktaşı təbrik edib. 

Bu barədə Bizim.Media-ya Dövlət Komitəsindən məlumat verilib. 

Məlumata görə, o, Azərbaycanla Türkiyə arasında ailə və sosial xidmətlər istiqamətində fəaliyyətlərin birlikdə daha da inkişaf etdiriləcəyinə və irəliyə aparılacağına əminliyini ifadə edib. 

B.Muradova həmçinin Türkiyənin sabiq ailə və sosial təminat naziri Dərya Yanıka Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü kimi yeni fəaliyyətində uğurlar diləyib. 

O, Azərbaycanla Türkiyə arasında ailə və sosial xidmətlər, eləcə də bu sahədə əməkdaşlığın inkişafına əhəmiyyətli dəstəyinə görə D.Yanıka təşəkkür edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO