ABŞ Dövlət katibi Antoni Blinken Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni kabinetdə xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidanı təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Blinken tviter hesabında paylaşım edib.
Paylaşımında Türkiyənin Xarici İşlər Nazirliyi ilə işləməyə davam etməyi səbirsizliklə gözlədiyini bildirən Blinken, Türkiyənin NATO, müttəfiq və tərəfdaş kimi dəyərli olduğunu vurğulayıb.
Congratulations to Hakan Fidan, Turkiye’s new Foreign Minister. Looking forward to continuing to work with @MFATurkiye as valued @NATO Allies and partners.
— Secretary Antony Blinken (@SecBlinken) June 4, 2023
Bizim.Media