QİÇS tapıldı: Çox arıqlayan Dima Bilandan SƏMİMİ ETİRAF

QİÇS tapıldı: Çox arıqlayan Dima Bilandan SƏMİMİ ETİRAF

Hazırda oxunan: QİÇS tapıldı: Çox arıqlayan Dima Bilandan SƏMİMİ ETİRAF

13960

Moskvada Moldovadan olan müğənni Natalya Qordiyenkonun “Eurovision-2021” üçün hazırladığı "Şəkər" mahnısının təqdimatı münasibətilə Filip Kirkorovun möhtəşəm bir əyləncə gecəsi keçirilib.

Bizim.Media xəbər verir ki, bütün yerli şou-biznes əhli paytaxtın mərkəzinə toplaşaraq Kirkorovun Rotterdamda “Eurovision”a aparacağı sənətçiyə uğurlar arzulayıb.

Belə bir hadisə Avropa mahnı müsabiqəsinin qalibi Dima Bilanın iştirakı olmadan baş tuta bilməzdi. Axşam saatlarında müğənni çəhrayı kostyumda parlayıb və bu da onun bədən quruluşunu daha incə edib.

“Çox arıqlayıb” deyən qonaqlar paxıllıqla pıçıldayıblar.

Və Dima bu haqda həvəslə mətbuata danışıb.

"NeMalaxov" telegram kanalının yazdığı kimi, Bilan o qədər səmimi idi ki, təsadüfən etiraf edib.

Onun pişiyində Qazanılmış İmmun Çatışmamazlığı Sindromuna (QİÇS) bənzər ölümcül bir virus tapılıb.

“Pişiyimə HİV diaqnozu qoyuldu". Sənətçi etiraf edib. Bir müddət əvvəl Bilan İnstagram səhifəsində sahibsiz bir pişiyi ölümdən qurtardığını söyləyib.

O, ev heyvanına “Solomon” adını verib. Müğənni nəşrə bir fotoşəkil əlavə edib. Pişik açıqca sağlam görünmürdü, heyvanın bir gözü qıyılmış və qulaqları cırılmışdı.

“Qışda evimin yanında küçədə, dili çıxmış vəziyyətdə uzanmışdı ... Yerli klinikalara apardım, nəticədə o, sağ qaldı !!! Heç vaxt pişik sevən olmamışam, itləri sevirəm, amma insan kimidir ... daha sonra bu hekayə haqda danışacağam”, deyə sənətçi yazıb.

Qeyd edək ki, hər il pişiklərdə immun çatışmazlığı virusu daha sürətlə yayılır. Bu, heyvanın immun və sinir sistemlərinə təsir göstərir.

Virus ilk dəfə 1987-ci ildə Şimali Kaliforniyada aşkar edilib. HİV cinsi yolla və cızıqlarla yalnız heyvanlar arasında yoluxur, yoluxmuş ev heyvanı insan sağlamlığı üçün təhlükə yaratmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO