Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-də and içib səlahiyyətlərinin icrasına başladıqdan sonra ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni ziyarət edib. Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edən Ərdoğan daha sonra xatirə dəftərini imzalayıb.
Bizim.Media xəbər verir ki, Türkiyə lideri “Anıtqəbir Özəl dəftəri”nə yazdığı fikirləri səsləndirib:
“Türkiyə bir seçki prosesini daha rekord iştirak və demokratiya şənliyi əhvali-ruhiyyəsində, dinc yolla başa vurdu. Mayın 14-də TBMM-də vəzifəsini icra edəcək 28-ci çağırış deputatları müəyyən edən millətimiz, mayın 28-də şəxsimizə ikinci turda 52 faizlik səslə bizə böyük rəğbət göstərdi.
Həmd olsun, növbəti beş il də nəcib millətimizə xidmət edəcəyimiz üçün məmnunuq. Qarşıdakı beş il ərzində “Türkiyə Əsri” missiyamızı həyata keçirmək üçün canla-başla çalışmağa davam edəcəyik.
Zəlzələlərin yaralarını sürətlə sarıyıb, zəlzələdən əziyyət çəkənləri ən qısa zamanda yeni evlərlə təmin edəcəyik. 12-ci dövlət başçısı olaraq dövlətimizi ucaltmağa davam edəcəyik.
Ruhun şad olsun!”
- A-
- A
- A+
Dünya
17:46 / 03.06.2023
Ərdoğan “Anıtqəbir Özəl dəftəri”nə nə yazıb? - VİDEO
Hazırda oxunan: Ərdoğan “Anıtqəbir Özəl dəftəri”nə nə yazıb? - VİDEO
Hazırda oxunan: Ərdoğan “Anıtqəbir Özəl dəftəri”nə nə yazıb? - VİDEO
139544
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.