Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Məlumata görə, qəzaya səbəb qatarının 8 vaqonunun relsdən çıxaraq toqquşması olub.
Belə ki, yük və sərnişin qatarlarının toqquşması nəticəsində 70 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb.
Qeyd olunub ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Bizim.Media