Türkiyədə yeni seçilən deputatların andiçmə mərasimi KEÇİRİLİR 

Türkiyədə yeni seçilən deputatların andiçmə mərasimi KEÇİRİLİR 

Hazırda oxunan: Türkiyədə yeni seçilən deputatların andiçmə mərasimi KEÇİRİLİR 

139351

İyirmi səkkizinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclası başlayıb. 

Bizim.Media xəbər verir ki,  yeni çağırış Məclisin rəsmi ilk iclasına müvəqqəti təyin olunmuş MHP sədri Dövlət Bağçalı sədrlik edir. 

TBMM-in keçmiş sədri Mustafa Şəntop artıq səlahiyyətlərini D.Bağçalıya təhvil verib. Yeni spiker seçilənədək qanunverici orqana MHP sədri rəhbərlik edəcək. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda iştirak edir. 

Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezidenti seçkiləri keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq. Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ Partiya 43 deputat yeri qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO