İyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasimi zamanı həyətdə Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında söhbət olub.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər "news.am" saytında yerləşdirilib.
Xatırladaq ki, Moldovada Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasimi baş tutub.
Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Almaniya kansleri Olaf Şolz arasında beştərəfli görüş planlaşdırılır.
Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Bizim.Media