Ukrayna müharibəsində öldürülən uşaqların SAYI 

Ukrayna müharibəsində öldürülən uşaqların SAYI 

Hazırda oxunan: Ukrayna müharibəsində öldürülən uşaqların SAYI 

139129

Rusiyanın Ukraynada genişmiqyaslı müharibəyə başlamasından sonra 484 uşaq öldürülüb, 992 uşaq isə yaralanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.

Qeyd olunub ki, müharibə dövründə 19 500 ukraynalı uşaq məcburi şəkildə Rusiyaya və ya işğal altındakı digər ərazilərə köçürülüb. Bundan başqa 2500-dən çox təhsil müəssisəsi zədələnib, 256-sı tam dağıdılıb. 
Qeyd edək ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko bu gün Kiyevə endirilmiş raket zərbəsi nəticəsində 9 yaşlı qızın və onun 34 yaşlı anasının, eləcə də 33 yaşlı qadının həlak olduğunu açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO