ABŞ və Hindistan arasında “2+2” müdafiə müqaviləsi imzalandı

ABŞ və Hindistan arasında “2+2” müdafiə müqaviləsi imzalandı

Hazırda oxunan: ABŞ və Hindistan arasında “2+2” müdafiə müqaviləsi imzalandı

1390

ABŞ və Hindistan arasında peyk məlumatlarının paylaşılmasına dair hərbi müqavilə imzalanıb. Müqaviləyə əsasən ABŞ Çinlə Hindistan arasındakı sərhəd zolağında yerləşən mübahisəli ərazilər haqqında peyk məlumatlarını rəsmi Dehli ilə bölüşəcək. Eyni zamanda ABŞ Hindistan hərbi hava qüvvələri üçün yüksək keyfiyyətli naviqasiya və müşahidə avadanlıqları təmin edəcək.

Bizim.Media BBC-yə istinadan məlumat verir ki, Müqavilənin Hindistanla Çin arasında Himalay dağlarında ciddi sərhəd münaqişələrinin yaşandığı bir vaxta təsadüf etməsi isə maraq doğurur.

İyun ayında hər iki tərəfin hərbi qüvvələri arasında yaşanan qarşıdurma nəticəsində iyirmi Hindistan əsgəri həlak olmuşdu. Gərginliyi azaltmaq üçün diplomatik danışıqlara start verilsə də bu amil bölgədə sabitliyin təmin  olunmasına kömək etməyib.

Analitiklər Hindistan-ABŞ əlaqələrinin güclənməsinin Çinin bölgədəki təsirinə qarşı yönəldiyini qeyd edirlər. Xüsusilə ABŞ Hindistan və Çin arasındakı sərhəd münaqişələrindən regionda güclənmək üçün istifadə edir.

Digər tərəfədən də Hindistan həm ABŞ, həm də Rusiya ilə yaxından əməkdaşlıq etməklə regionda Çinə qarşı geosiyasi üstünlük qurmağı hədəfləyir.

BBC Dehli bürosundan Vikas Pandey Çinin Hindistanla yeni sərhəd münaqişələrinə girməkdə maraqlı olmadığını qeyd edir. Çünki ölkə pandemiyadan sonra iqtisadi vəziyyətini əvvəlki imkişaf tempinə yüksəltməyə çalışır.

Belə bir məqamda qonşu dövlətlərlə hər hansı münaqişə arzuolunmaz nəticələrə səbəb ola bilər. ABŞ isə bu amildən istifadə edərək Çinin regionda müəyyən etdiyi qırmızı xətləri təhdid etməyə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO