Paşinyanın ETİRAFI:

Paşinyanın ETİRAFI: "Ölkəmizin xarici siyasətdə manevr imkanları daralır"

Hazırda oxunan: Paşinyanın ETİRAFI: "Ölkəmizin xarici siyasətdə manevr imkanları daralır"

138913

"Ukrayna hadisələri başlayanda Ermənistan balanslı mövqe tutmağa çalışdı və bu, bütün tərəfdaşların razılığına səbəb oldu. Lakin indi Ermənistanın manevr imkanları daralır".

Bizim.Media xəbər verir ki, bunu mayın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, manevr imkanlarının daralmasını ciddi problem adlandırıb.

“Bəs xarici təhlükələr nələrdir? 10 may 2021-ci ildə istefam qüvvəyə minib və parlament buraxılıb. Əslində ölkədə hökumət və parlament yox idi. Mayın 12-də Azərbaycanla sərhəddə atışma oldu, KTMT-dən sıfır reaksiya gəldi. İndi yüksək rütbəli hərbçilər cinayət işi üzrə həbs olunublar, çünki o vaxt Ermənistanın suveren ərazisini qorumaq üçün heç bir tədbir görməyiblər.

Buna isə səbəb göstərə bilmirlər. Əgər o zaman reaksiyamız başqa cür olsaydı, dövlətimizi itirəcəkdik”, - Ermənistanın baş naziri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO