Ağ Evdən Moskvaya dron hücumları ilə bağlı AÇIQLAMA: “Ukraynaya dəstək davam etdiriləcək”   

Ağ Evdən Moskvaya dron hücumları ilə bağlı AÇIQLAMA: “Ukraynaya dəstək davam etdiriləcək”   

Hazırda oxunan: Ağ Evdən Moskvaya dron hücumları ilə bağlı AÇIQLAMA: “Ukraynaya dəstək davam etdiriləcək”   

138887

“ABŞ Ukrayna Silahlı Qüvvələrinə məxsus dronların Moskva və ətraf vilayətlərinə hücum cəhdindən xəbərdardır, lakin Kiyevin Rusiya Federasiyasının (RF) ərazisinə hücumlarını dəstəkləmir”.  

Bizim.Media “NBC”-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının açıqlaması dərc olunub.  

"Biz xəbərləri gördük və hələ də baş verənlər barədə məlumat toplayırıq. Ümumiyyətlə, biz Rusiya daxilindəki hücumları dəstəkləmirik ", - deyə məlumatda bildirilir.  

Ağ Evin mətbuat xidməti də əlavə edib ki, Vaşinqton hələ də itirilmiş ərazilərin Kiyevin nəzarətinə qaytarılması üçün, Ukraynaya dəstək kursunu davam etdirir.  

Qeyd edək ki, mayın 30-da səhər saatlarında Moskvaya dronların hücumu barədə məlumat verilib. Son məlumata görə, paytaxtda üç ev ziyan görüb. Əvvəlcə Novomoskovski rayonunda Atlasov küçəsindəki çoxmərtəbəli binada partlayış baş verib.   

Sonra Həmkarlar İttifaqı küçəsində yaşayış binasına pilotsuz təyyarə çırpılıb. Lenin prospektindəki evin zədələnməsi barədə də, məlumat əldə edilib. Moskva vilayətində Krasnoqorskda İlyinski şossesindən 500 metr aralıda və Odintsovo şəhər dairəsində də partlayış baş verib.  

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralın 24-də başlayıb. 

Mirzə Altay, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO