Putin və Zelenski Ərdoğanı ziyarət edəcək

Putin və Zelenski Ərdoğanı ziyarət edəcək

Hazırda oxunan: Putin və Zelenski Ərdoğanı ziyarət edəcək

138882

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimir Putin və Volodimir Zelenski ayrı-ayrılıqda Ankaraya gələcək.

Bizim.Media xəbər verir ki, bu barədə "CNN Türk"ün efirində “Hürriyet”in müxbiri Hande Fırat danışıb.

Onun sözlərinə görə, inauqurasiyaya çoxlu sayda xarici liderlər gələcək.  Putin isə ayrıca səfər edəcək. Bundan sonra Zelenski də Türkiyəyə gələcək.

“Putin və Zelenskinin bir-birinin ardınca səfərləri zamanı müharibənin gedişatı və taxıl dəhlizi müzakirə olunacaq”, - Fırat bildirib.

Jurnalistin sözlərinə görə, bu yaxınlarda ABŞ prezidenti Co Bayden Ərdoğanla telefon danışığı zamanı deyib ki, o, Qərbin Türkiyəyə təzyiqini ədalətli hesab etmir.

Prezident Ərdoğanın andiçmə mərasimi iyunun 3-də baş tutacaq. Cümə günü Türkiyə prezidenti Beştəpədə xarici ölkə liderlərini qəbul edəcək.

Kreml bir gün əvvəl bildirib ki, Türkiyə Putinə andiçmə mərasimində iştirak etmək üçün dəvət göndərməyib. 

Qeyd edək ki, mayın 29-da Putin Ərdoğanla telefonla danışıb. Rusiya lideri onu ikinci dəfə prezident seçilməsi münasibətilə təbrik edib. Həmin gün Ərdoğan Zelenski ilə danışıb, onlar Ukraynadakı münaqişəni və regional məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO