Rəcəb Tayyib Ərdoğanın prezident kimi andiçmə mərasiminin tarixi məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Mənbə yazır ki, mərasim iyunun 3-də baş tutacaq. Həmin gün kabinet üzvlərinin andı gözlənilir və yeni hökumət işə başlayacaq.
Qeyd edək ki, mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib.
Bizim.Media