Ukrayna pilotsuz təyyarələri Tehrana da uça bilər - Rəsmi Kiyev

Ukrayna pilotsuz təyyarələri Tehrana da uça bilər - Rəsmi Kiyev

Hazırda oxunan: Ukrayna pilotsuz təyyarələri Tehrana da uça bilər - Rəsmi Kiyev

138724

"Ukrayna pilotsuz təyyarələri Tehrana da uça bilər".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, indiki İran Avropa və Yaxın Şərq üçün təhlükə yaradan terrorçu rejimdir:

"Tehran bu müharibədə Moskvanın əsas müttəfiqinə çevrilib, onu məqsədyönlü şəkildə dinc şəhərlərə hücumlar üçün silahla təmin edib. 50 İran dronunun ötən gün Kiyevə hücumu bu həqiqətin daha bir parlaq təsdiqidir. 
Bu gün mən rəsmi Tehrana həyatın əsas qanunlarını, xüsusən də bumeranq qanununu xatırlatmaq istəyirəm. Coğrafi uzaqlıq illüziyası sizi çaşdırmasın. Günlərin birində "Şahed" dronu mütləq öz zavodunun başına enəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO