Kiyevdə SON VƏZİYYƏT: Əhaliyə çağırış edildi 

Kiyevdə SON VƏZİYYƏT: Əhaliyə çağırış edildi 

Hazırda oxunan: Kiyevdə SON VƏZİYYƏT: Əhaliyə çağırış edildi 

138622

Xəbər verdiyimiz kimi, hava hücumundan müdafiə qüvvələri mayın 29-da Kiyevdə Rusiyaya məxsus raketi vurub, dağıntılar rayonlardan birində yolun üzərinə düşüb. Bundan sonra Ukraynanın Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. 

O, xəbərdarlıqdan sonra şəhərdə partlayışlar baş verdiyini və hazırda şəhərin mərkəzi bölgələrində partlayışların davam etdiyini qeyd edib.

Bu səbəbdən Kliçko şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb:

“Şəhərin mərkəzi ərazilərində partlayışlar baş verir. Sığınacaqlarda qalın!” 

Rəsmilər Kiyevin Julyanı hava limanı yaxınlığında azı 10 partlayışın olduğunu bildiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO