İspaniyada növbədənkənar seçkilər keçiriləcək

İspaniyada növbədənkənar seçkilər keçiriləcək

Hazırda oxunan: İspaniyada növbədənkənar seçkilər keçiriləcək

138599

İspaniyada növbədənkənar seçkilər keçiriləcək. 

Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançez televiziyada müraciətində bildirib. 

Baş nazirin sözlərinə görə, o, parlamenti buraxacaq və iyulun 23-də ölkədə növbədənkənar ümumi seçkilər keçiriləcək. 

"Dünənki seçkilərin nəticələrinə baxarkən belə bir qərar verdim", - deyə Sançez televiziya ilə xalqa müraciətində bildirib.  

Sançezin İspaniya Sosialist İşçi Partiyası (PSOE) və onun müttəfiqi "Podemos" mayın 28-də keçirilən regional seçkilərdə mövqelərini itiriblər, rəqib partiyalar mühafizəkar Xalq Partiyası və ifrat sağçı Vox partiyası seçkidə üstünlük qazanıb: "Dünənki seçkilərin yerli və regional miqyasda olmasına baxmayaraq, səsvermənin mənası bundan kənara çıxan bir mesaj verir.

Ona görə də həm Baş nazir, həm də PSOE-nin sədri kimi mən nəticələri şəxsi hesab edirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO