Rusiya tərəfindən qətl və qaçaqmalçılığa görə axtarışa verilən Azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu bu gün Monteneqronun keçmiş prezidenti Milo Cukanoviçlə birlikdə görüntülənib.
Bizim.Media xəbər verir ki, onların fotosu Podqoritsada yerli KİV nümayəndələri tərəfindən lentə alınıb.
Qeyd edək ki, İsmayılov qətl təşkil etdiyinə görə Rusiya Federasiyası tərəfindən beynəlxalq axtarışa verilməsinə baxmayaraq, Monteneqrodan siyasi sığınacaq alıb.
Azərbaycanlı milyarder Telman İsmayılov iki il əvvəl beynəlxalq axtarışla Monteneqronun Podqoritsa şəhərində həbs edilib.
İsmayılov iki sahibkarın qətlinin təşkilində ittiham olunub. 11 noyabr 2017-ci ildə ona qarşı ittiham irəli sürülüb, İnterpol xətti ilə axtarışa verilib. Lakin o, tezliklə Monteneqrodan siyasi sığınacaq alıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:03 / 29.05.2023
Telman İsmayılovun oğlu Monteneqronun keçmiş prezidenti ilə BİR ARADA - FOTO
Hazırda oxunan: Telman İsmayılovun oğlu Monteneqronun keçmiş prezidenti ilə BİR ARADA - FOTO
Hazırda oxunan: Telman İsmayılovun oğlu Monteneqronun keçmiş prezidenti ilə BİR ARADA - FOTO
138587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.