Rusiya Ukraynaya 35 İran PUA-sı ilə HÜCUM ETDİ

Rusiya Ukraynaya 35 İran PUA-sı ilə HÜCUM ETDİ

Hazırda oxunan: Rusiya Ukraynaya 35 İran PUA-sı ilə HÜCUM ETDİ

138513

Mayın 29-na keçən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 40-a qədər qanadlı raket və 35-ə yaxın pilotsuz uçuş aparatı atıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri 37 raket, 29 hücum təyyarəsi və bir kəşfiyyat aparatını məhv edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı məlumat yayıb. 

“Bu gecə Rusiya ordusu qanadlı raketlər və hücum dronları ilə Ukraynanın hərbi obyektlərinə və kritik infrastrukturuna hücum ediblər”, - Zalujnı yazıb. 
Onun sözlərinə görə, Rusiya 9 Tu-95ms strateji təyyarəsindən 40-a qədər Kh-101/Kh-555 havadan buraxılan qanadlı raketləri atıblar. 

O bildirib ki, şimal və cənub istiqamətlərindən Rusiya İranın 35 Şahed-136/131 PUA-ları ilə hücuma keçib.  

“Hava komandanlıqlarının qüvvə və vasitələri Ukrayna müdafiə qüvvələrinin digər komponentlərinin hava hücumundan müdafiəsi ilə birgə 67 hava hədəfini məhv edib”, - deyə Zalujnı bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO