Rusiya Zəngəzurda konsulluq açır

Rusiya Zəngəzurda konsulluq açır

Hazırda oxunan: Rusiya Zəngəzurda konsulluq açır

138418

Rusiya Zəngəzurda konsulluğunu açacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Moskvada erməni-rus ekspertlərinin dəyirmi masasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov danışıb.

“Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan Rusiyanın Zəngəzurda konsulluq açmasına razılıq verib”, deyə o, qeyd edib.

Rusiyalı diplomatın sözlərinə görə, konsulluğun yaradılması prosesində ən azı bir il tələb olunacaq uzun dövlət prosedurlarından keçmək lazım gəlməyəcək, bunun  sadələşdirilmiş yolla həyata keçirilməsi qərara alınıb.

“Ora təkcə erməni-rus dostluğunun qorunub saxlanmasına deyil, həm də Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə vermək üçün adamlar göndərəcəyik. Ümid edirəm ki, iyunda səfərimiz səmərəli olacaq”, - Paltov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO