Türkiyə parlamentinin sədri səs verdi

Türkiyə parlamentinin sədri səs verdi

Hazırda oxunan: Türkiyə parlamentinin sədri səs verdi

138405

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop prezident seçkilərinin ikinci turu üzrə səsvermədə iştirak edib.

Bizim.Media xəbər verir ki, o, İstanbulda səs verib.

Səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran M.Şəntop seçkilərin hər kəs üçün uğurlu olmasını arzulayıb:

“Seçkilərin nəticəsinin xalqımız üçün xeyirli olmasını diləyirəm. İnanıram ki, nəticələr Türkiyənin gələcəyi üçün uğurlu olacaq. Türkiyə xalqınının şəffaf, demoktratik seçkilərlə bağlı təcrübəsi var”.

Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı ikinci turu keçirilir.

İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

T.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO