Türkiyədə səsvermə prosesi necə gedir? - RƏSMİ AÇIQLAMA

Türkiyədə səsvermə prosesi necə gedir? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Türkiyədə səsvermə prosesi necə gedir? - RƏSMİ AÇIQLAMA

138396

“İkinci turda sadəcə prezident seçkilərinin keçirildiyini nəzərə alaraq, səsvermənin nəticələrinin daha qısa zamanda açıqlanacağı gözlənilir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Yüksək Seçim Qurumunun sədri Ahmet Yener jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səsvermə prosesi problemsiz davam edir.

Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı ikinci turu keçirilir.

İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO