Blinken: "ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm"

Hazırda oxunan: Blinken: "ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm"

138372

"Gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm".

Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O, 28 May - Müstəqillik Günü ilə bağlı Azərbaycanı təbrik edib:

"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz ortaq ikitərəfli prioritetlərimizi inkişafı üçün Azərbaycanla davamlı əməkdaşlığımızı yüksək qiymətləndiririk. 31 ildən artıqdır davam edən ikitərəfli əlaqələrimiz dönəmində ABŞ ümumi təhlükəsizlik maraqları, enerji əməkdaşlığı və iqtisadi artıma əsaslanan davamlı tərəfdaşlıq qurmaq üçün Azərbaycanla sıx əməkdaşlıq edib.

Bu əməkdaşlıq Azərbaycan Konstitusiyasına uyğun demokratik inkişaf öhdəliyi, eləcə də insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşı getməyə davam edəcək. Mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm və gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm.
Birləşmiş Ştatlar həmçinin Azərbaycan və region üçün davamlı sülhün təmin edilməsinə kömək istiqamətində əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir. Biz Cənubi Qafqazda yaşayanların hamısı üçün daha yaxşı gələcək naminə bu məqsədi dəstəkləməyə tam sadiqik", - təbrikdə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO