Ağ Ev Respublikaçılarla bu sahədə razılığa gəldi

Hazırda oxunan: Ağ Ev Respublikaçılarla bu sahədə razılığa gəldi

138358

Ağ Evin nümayəndələri və respublikaçı konqresmenlər ölkədə defoltun qarşısını almaq üçün aparılan danışıqlarda ABŞ-ın dövlət borcunun tavanının artırılması və büdcə xərclərinin azaldılması ilə bağlı prinsipial razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Punchbowl News” portalı yazıb.

Portalın məlumatına görə, razılıq şənbə günü keçirilən məsləhətləşmələrdə əldə olunub. Bu, ABŞ-da defoltdan qaçmağa kömək edəcək.

Mayın 25-də ABŞ Prezidenti Cozef Bayden bildirib ki, ABŞ administrasiyası və Konqres ölkədə defoltun qəbuledilməz olması ilə razılaşır.

Daha əvvəl Nümayəndələr Palatasının spikeri Kevin Makkarti demişdi ki, ABŞ defoltun qarşısını almaq üçün hərbi xərcləri azaltmayacaq. Bu məsələ Cozef Baydenlə görüşdə müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO