Kirkorov erməni müğənninin başından öpdü: “Ermənistanın adından “Eurovision”a gedəcəksən” - FOTO

Kirkorov erməni müğənninin başından öpdü: “Ermənistanın adından “Eurovision”a gedəcəksən” - FOTO

Hazırda oxunan: Kirkorov erməni müğənninin başından öpdü: “Ermənistanın adından “Eurovision”a gedəcəksən” - FOTO

13833

Rus pop musiqisinin kralı Filip Kirkorov musiqiçi və blogger David Manukyana “Eurovision” mahnı yarışmasında iştirak etmək imkanı yaradacaq.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “StarHit” saytı yayıb.

Kirkorov bunu Natalya Qordiyenkonun Moldovanın adından “Eurovision”da çıxış edəcəyi Sugar trekinin Moskvadakı təqdimatı zamanı Manukyana söyləyib. 

Qeyd edək ki, Kirkorov kompozisiyanın yaradıcılarından və istehsalçılarından biridir.

"Natalya “Eurovision”un ulduzudur. Və tezliklə sən də Ermənistanın adından gedəcəksən, David". Kirkorov təqdimata dəvət olunanlar arasında olan Manukyana belə deyib.

Əvvəlcə o, Kirkorovun sözlərini zarafat kimi qəbul edib, lakin sonradan təklifi nəzərdən keçirməyə hazır olduğunu bildirib.

"Eurovision”a gedirik. Gələn il bizimdir! Pop kralından imtina edə bilmərəm". Erməni müğənni vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO