Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsi tikir

Hazırda oxunan: Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsi tikir

138285

Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisinə hazırlaşır.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisi layihəsi üzrə layihələndirmə işlərinə göstəriş verib.

Tikintinin dəyəri təxminən 2 milyon dollardır.

Keçid məntəqəsinin birmərtəbəli xidmət zalı, növbətçilərin istirahət otağı, dayanacaqlar və digər otaqlardan ibarət olacağı planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO