Qazaxıstanın dövlət televiziyası 44 günlük Vətən Müharibəsindən bəhs edən “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımlayıb.
Bizim.Media xəbər verir ki, filmin çəkilişləri işğaldan azad edilən ərazilərdə aparılıb.
Filmdə Qarabağ münaqişəsinin tarixinə qısa ekskursuya edilir və qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında qətnamələr qəbul edib.
Lakin münaqişənin davam etdiyi müddətdə vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Azərbaycanın bütün sülh cəhdləri nəticəsiz qalıb.
Sonda Azərbaycan güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etməyə qərar verib. Ay yarım davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb və 30 illik işğala son qoyulub.
Qeyd olunur ki, qısa müddətdə Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarını və Şuşa şəhərini işğaldan azad edib, ardınca 10 noyabr üçtərəfli atəşkəs razılaşması ilə Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz geri alınıb.
İşğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yanaşı, Ermənistanın Gəncə, Tərtər və Bərdə şəhərlərinə xain raket hücumu, onlarla dinc sakinin və uşaqların qətlə yetirilməsi filmdə geniş əksini tapır.
Filmin yaradıcı qrupu Vətəni üçün canını vermiş övladların qəhrəmanlıqlarını, şəhid ailələrinin mərdliklə sinə gərdiyi ağrı-acıları və onların kədərə bürünmüş zəfər sevincini böyük peşəkarlıqla tamaşaçılara çatdırır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:10 / 05.03.2021
Qazaxıstan televiziyası “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımladı - FOTO
Hazırda oxunan: Qazaxıstan televiziyası “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımladı - FOTO
Hazırda oxunan: Qazaxıstan televiziyası “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımladı - FOTO
13808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.