Britaniya parlamenti Ukraynada 1932-1933-cü illərdəki Qolodomor faciəsini soyqırımı kimi tanıyan qətnamə qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak öz “Telegram” kanalında məlumat verib.
“Britaniya parlamenti 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnamə qəbul edib. Çox sağ olun. Tarixi ədalət əsl şərin kim olduğunu və nə olduğunu anlamaq üçün açardır”, - deyə Yermak qeyd edib.
O bildirib ki, müvafiq qətnaməni İcmalar Palatasında təqdim edən Mühafizəkarlar Partiyasından olan deputat Paulin Letham 1930-cu illərin əvvəllərində Ukraynada baş verən aclığın ukraynalı kəndlilərin məcburi şəkildə biçilməsi nəticəsində yarandığını vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:00 / 26.05.2023
Britaniya parlamenti Qolodomoru soyqırımı kimi tanıdı
Hazırda oxunan: Britaniya parlamenti Qolodomoru soyqırımı kimi tanıdı
Hazırda oxunan: Britaniya parlamenti Qolodomoru soyqırımı kimi tanıdı
138028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.