Türkiyədə keçirilən “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimi YEKUNLAŞDI - VİDEO 

Türkiyədə keçirilən “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimi YEKUNLAŞDI - VİDEO 

Hazırda oxunan: Türkiyədə keçirilən “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimi YEKUNLAŞDI - VİDEO 

138011

Türkiyə Respublikasının Qars şəhərində keçirilən “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimi başa çatıb.  
 
Bizim.Media xəbər verir ki, Türkiyə Cumhuriyyətinin yaranmasının və Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər. 

"Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimini izləmək üçün Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Qars şəhərində səfərdə olub. Səfər çərçivəsində böyük öndər Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin Qars şəhərində ucalan abidələri ziyarət edilib. 
“Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində əvvəlcə ərazidə qoşunların yerləşməsi, eləcə də mərhələlər üzrə icra olunacaq fəaliyyətlər və hərbi təyinatlı müasir silah və döyüş texnikaları haqqında məlumat verilib. Planla tanışlıqdan sonra təlimin döyüş atışlı mərhələsinə start verilib.

Təlimin ssenarisinə əsasən, xüsusi təyinatlı bölmələr şərti düşmənin terror qruplaşmasının yerləşdiyi mağaraya basqın fəaliyyətini yerinə yetiriblər. 

Tankların, piyada döyüş maşınlarının, artilleriya və tankəleyhinə bölmələrin heyətləri helikopterlərin dəstəyi ilə şərti düşmən mövqelərini tam dəqiqliklə məhv ediblər. 

Təlimə cəlb edilmiş snayperlər müxtəlif məsafədən praktiki atışları yerinə yetiriblər. 

Böyük Öndər Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin portretinin, eləcə də hər iki qardaş ölkənin dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlimə yekun vurulub.

Təlimdə fərqlənən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Sonda  xatirə şəkli çəkdirilib. 

“Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdirən  Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Araz çayı üzərindəki “Ümid” körpüsündən keçərək xidmət yerlərinə qayıdıblar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO