Azərbaycan Rusiyada beynəlxalq axtarışa verilmiş şəxsi həmin ölkəyə təhvil verib

Azərbaycan Rusiyada beynəlxalq axtarışa verilmiş şəxsi həmin ölkəyə təhvil verib

Hazırda oxunan: Azərbaycan Rusiyada beynəlxalq axtarışa verilmiş şəxsi həmin ölkəyə təhvil verib

137982

Rusiya Federasiyasında dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş, həmin dövlətin vətəndaşı Bəylər Əliyevin verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Bəylər Əliyev bu ilin fevralında ölkəmizdə müəyyən edilərək, barəsində həbs qətimkan tədbiri seçilib. 

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyasının tələblərinə əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək mayın 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO