Gürcüstandan Rusiyaya BÖYÜK JEST – Ruslar üçün Avropaya uçuşlar həyata keçiriləcək

Gürcüstandan Rusiyaya BÖYÜK JEST – Ruslar üçün Avropaya uçuşlar həyata keçiriləcək

Hazırda oxunan: Gürcüstandan Rusiyaya BÖYÜK JEST – Ruslar üçün Avropaya uçuşlar həyata keçiriləcək

137953

Gürcüstanın "Georgian Airways" aviaşirkəti ruslar üçün Avropanın beş şəhərinə tranzit uçuşları həyata keçirəcək.  

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin təsisçisi Tamaz Qayaşvili məlumat verib. 

Onun sözlərinə görə, iyunun 15-dən Rusiya vətəndaşları bir transferlə Avropanın beş şəhərinə uçuşlar əldə edəcəklər. Yerli turistlər Tbilisidən Milana, Paris, Vyana, Larnaka və Salonikiyə uça biləcəklər. 

Bu marşrutlara kifayət qədər tələbatın olacağını düşünən T.Qayaşvili bildirib ki, digər istiqamətlərə nisbətən, Tbilisi vasitəsilə daha rahat və daha sürətli uçmaq mümkün olacaq. 

Aviaşirkətin gələcək proqnozlarına istinad edən təsisçi qeyd edib ki, sərnişin axını əsasən, Rusiya Federasiyası ilə Gürcüstan arasında tədricən bərpa olunacaq: 

“Təbii ki, biz Rusiya ilə hava əlaqəsini saxlayacağıq. Bununla heç nə olmayacaq. Gürcüstan hökuməti bu qərarı çox səmimi qarşıladı. Allah nəsib eləsin ki, bir daha bu əlaqə kəsilməsin”. 

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili mayın əvvəlində verdiyi açıqlamasında, Rusiya ilə birbaşa aviareyslərin açılmasının təbii proses olduğunu söyləmiş və iki dövlət arasındakı uçuşların Rusiya ərazisində yaşayan milyonlarla etnik gürcü üçün vacib olduğunu vurğulamışdı. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO