SEPAH-ın yüksək rütbəli komandirləri ilə PJAK terror təşkilatının rəhbərləri arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
"Təhlükəsizlik elə bir səviyyəyə çatıb ki, hətta SEPAH-ın yüksək rütbəli komandirləri müxaliflərlə müzakirələr aparırlar", - videoda bildirilir.
Qeyd edək ki, PJAK terror təşkilatının yaranmasında SEPAH-ın və İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əli olduğu bildirilir. Silahlı qruplaşma Güney Azərbaycan, Anadolu və hətta Naxçıvana torpaq iddiaları irəli sürür.
Adıçəkilən qruplaşma bu günə kimi Qərbi Azərbaycan əyaləti və Türkiyə ərazisində onlarla qanlı silahlı əməliyyat həyata keçirib. Yayılan video SEPAH-ın kürd silahlı dəstələri, xüsusilə PJAK-la əlaqələrinə dair iddialara növbəti sübut sayıla bilər.
- A-
- A
- A+
Dünya
16:33 / 25.05.2023
SEPAH-ın terrorçularla əlaqəsi ifşa olundu - VİDEO
Hazırda oxunan: SEPAH-ın terrorçularla əlaqəsi ifşa olundu - VİDEO
Hazırda oxunan: SEPAH-ın terrorçularla əlaqəsi ifşa olundu - VİDEO
137933
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.